
Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin ABŞ–İran danışıqlarında iştirak etməməsini və ya danışıqların Türkiyədə keçirilməməsini rəqabət kimi qiymətləndirmədiklərini bildirib.
APA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, Fidan deyib ki, bu, tərəflərin öz liderlik çərçivəsində verdiyi qərardır:
“Onlar öz liderlikləri çərçivəsində belə bir seçim ediblər. Omandakı mövcud sistemin eyni şəkildə davam etməsi, yəni eyni şəxslər, eyni yer və eyni üsulla prosesin aparılmasını istədilər.
Bunu İranın Türkiyənin önə çıxmasının və ya danışıqların Türkiyədə keçirilməsinin qarşısını almaq məqsədilə yaranan bir rəqabət kimi qiymətləndirmirik.
Hazırda İranın bu cür məsələləri düşünəcək durumda olduğunu da demək olmaz. Ortada potensial ciddi problemlər var və İran hazırda bunların qarşısını almaqla məşğuldur. Bu isə onlar üçün varlıq-yoxluq məsələsidir”- deyə Hakan Fidan qeyd edib.


