Sabirabad və Hacıqabul rayonlarının bəzi kəndlərində qaz olmayacaq

Baş səhifə

Bakı.Trend:

Sabah Sabirabad və Hacıqabul rayonlarının bəzi ərazilərinin qaz
təchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Salyan Regional
Qaz İstismarı İdarəsi məlumat yayıb.




Bildirilir ki, “Qaz İxrac” İdarəsi tərəfindən magistiral qaz
kəmərində təmir-bərpa və digər texniki işlərin görülməsi ilə
əlaqədar olaraq fevralın 10-da, saat 09:30-dan etibarən işlər başa
çatanadək “Qarasu” QPS-dən Sabirabad rayonunun 16 kəndində –
Qaraqaşlı, Quruzma, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı,
Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yolçubəyli, Narlıq,
Zəngənə kəndlərində (7 298 abonent), Hacıqabul rayonunun 12
kəndində – Qarasu, Padar, Abdulabad, Kolanı, Talışbinalar, Talış,
1-ci Meyniman, 2-ci Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli,
Bürvənd kəndlərində (3 322 abonent), həmçinin “Nərimankənd” QPS-dən
Sabirabad şəhəri Z.Əliyev küçəsi və rayonun 17 kəndində – Kürkəndi,
Məmişlər, Əsədli, Qaralar, Qəfərli, Şıxlar, Mürsəlli, Ulacalı,
Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay,
Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (9 837 abonent) qaz
təchizatının dayandırılması planlaşdırılır.