
Fransanın cənubunda, Antib şəhərində yerləşən məktəbdən təxminən 1 200 nəfər təxliyə edilib.
APA xəbər verir ki, bu barədə “Nice-Matin” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, polis məktəbin əməkdaşlarını və şagirdlərini sındırılmış hesab vasitəsilə “Pronote” proqramında yayılan bildirişdən sonra təxliyə edib.
Məktəbdə hər hansı partlayıcı qurğu aşkarlanmayıb.
Nice-Matin qeyd edir ki, Antibdə bu, bomba ilə bağlı yalan məlumat səbəbindən baş verən ikinci təxliyə halıdır.
Fevralın 5-də şəhərin digər məktəbindən 500 nəfər təxliyə edilmişdi.


