“Turan Tovuz”dan minimal qələbə qazandı – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XIX turun daha bir oyunu
keçirilib.

Trend xəbər verir
ki, “Turan Tovuz” “Azersun Arena”da “Karvan-Yevlax”ı qəbul
edib.

Qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa
çatıb. Oyunda vurulan yeganə qola 15-ci dəqiqədə penalti zərbəsini
dəqiq yerinə yetirən Alexandro Serrano imza atıb.




Bu nəticədən sonra ehtiyatda bir oyunu olan “Turan Tovuz” 33
xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Karvan-Yevlax”
isə 6 xalla 12-ci sırada yer alır.

Günün ilk qarşılaşmasında “İmişli” Qubada “Kəpəz”lə üz-üzə
gəlib. Görüşdə hesab açılmayıb və matç qolsuz heç-heçə ilə
yekunlaşıb.

Qeyd edək ki, XIX turun ilk oyun günündə “Sabah” doğma meydanda
“Araz-Naxçıvan”ı 4:1, “Zirə” isə səfərdə “Sumqayıt”ı 3:2 hesabı ilə
məğlub edib. Tur fevralın 10-da keçiriləcək iki oyunla
yekunlaşacaq.