BNMİ-nin növbəti əməliyyatı: 21 kq narkotik vasitə aşkarlandı

Baş səhifə

Bakı. Trend:

Paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı 28 yaşlı
İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar.

Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat
yayıb.

Bildirilir ki, onlardan 21 kiloqram tərkibinə zərərli maddələr
əlavə edilmiş marixuana aşkarlanıb.




İ. Muradov və Ç. Quliyevin şəxsiyyəti istintaqla araşdırılan
İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri
satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi
planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının
alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.