
Bakı. Trend:
Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə
keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
Trend-in
məlumatına görə, 81 kiloqram çəkidə çıxış edən idmançı finalda
yaponiyalı Yuhei Onoya uduzub.
Bu gün mübarizəyə başlayan digər cüdoçularımız rəqiblərinə
məğlub olaraq turnirlə vidalaşıblar.
Bununla da Azərbaycan millisi “Böyük Dəbilqə”ni 3 medalla başa
vurub.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kiloqram) qızıl,
Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıb.


