Azərbaycan Basketbol Liqasında XVI tur başa çatıb

Baş səhifə
Azərbaycan Basketbol Liqasında XVI tur başa çatıb

Azərbaycan Basketbol Liqasında XVI tur başa çatıb.

“Report” xəbər verir ki, turun son matçında “Sabah” “Neftçi” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan matçda “Sabah” qələbə qazanıb – 98:79.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) “Gəncə” NTD-ni (104:85), “Abşeron Lions” “Şəki”ni (92:85) məğlub edib.