Valdas Dambrauskas: “Araz-Naxçıvan” üzərində qələbə möhtəşəm idi”

Baş səhifə
Valdas Dambrauskas: Araz-Naxçıvan üzərində qələbə möhtəşəm idi

“Sabah”ın Misli Premyer Liqasının XIX turunda “Araz-Naxçıvan” üzərində qazandıqları böyükhesablı qələbə (4:1) möhtəşəm idi.

“Report” xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas oyundan sonra mətbuat konfransında deyib.

Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

“Futbolçularımı təbrik edirəm, möhtəşəm qələbə idi. Oyunçularım bu gün necə istəkli və qələbəyə ac olduqlarını göstərdilər. Məğlub etdiyimiz “Zirə” və “Araz-Naxçıvan” turnir cədvəlinin yuxarı sıralarında qərarlaşan top-komandalardır, heyətlərində çox təcrübəli oyunçular var”.

Baş məşqçi azarkeşlərin sayının az olmasından təəssüfləndiyini gizlətməyib:

“Azarkeşlərimizi də təbrik edirəm, lakin matçlarımıza daha çox tərəfdarın gəlməsini istəyərdim. Bu gün sayları az idi. Qollar vurulanda azarkeşlərin bunun canlı şahidi olmalarını arzulayırdım. Artıq ilk hissənin 16-cı dəqiqəsinə qədər üç qol vurmuşduq. Daha çox fərqlənə bilərdik. İkinci hissəni də yaxşı səviyyədə keçirdik, dördüncü qolumuz isə möhtəşəm idi. Düzdür, istəyərdik ki, qapımızı toxunulmaz saxlayaq, amma ən vacibi nəticədir”.