Bakı. Trend:
“Çelsi”nin yarımmüdafiəçisi Kol Palmer İngiltərə Premyer
Liqasının 25-ci turunun “Vulverhempton”a qarşı (3:1) ilk hissəsində
üç qol vurub.
Trend “Opta
Sports”a istinadən xəbər verir ki, bununla da ingilis Premyer Liqa
rekordunu qırıb.
Belə ki, o, turnirin tarixində ilk hissədə üç dəfə het-trik
etmiş ilk oyunçu ünvanına sahib çıxıb.
İlk dəfə Palmerin 2024-cü il aprelin 15-də “Everton”a qarşı
(6:0) görüşdə reallaşdırıb.
Onun ikinci het-triki isə həmin il sentyabrın 28-də “Brayton”la
(4:2) görüşünə təsadüf edib.
Palmer bu mövsüm klubun heyətində bütün yarışlarda 17 oyunda
meydana çıxıb, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.

