
Bakı. Trend:
Regionda dost ölkələrin əməkdaşlığı ilə təşkil olunan İran və
ABŞ arasında müzakirələr irəliyə doğru bir addım idi.
Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian “X” sosial
şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, məsələlərin dinc yolla həlli istiqamətində
dialoq İranın həmişəki strategiyası olub.
Pezeşkian əlavə edib ki, İranın nüvə məsələsində məntiqi Nüvə
Silahlarının Yayılmamasına dair Saziş (NPT) çərçivəsində qeyd
olunan haqqıdır.
“İran həmişə hörmətə hörmətlə cavab verir, lakin zorakılığa
boyun əymir”, – deyə o qeyd edib.
Qeyd edək ki, 6 fevralda İran və ABŞ arasında Omanın Məsqət
şəhərində İranın nüvə proqramı ilə əlaqədar danışıqlar aparılıb.
Tərəflər danışıqların davam etdirilməsi üzrə razılığa gəliblər.


