Dünyanın ən çox nifrət olunan LİDERİ

Baş səhifə

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına çevrilib.

Modern.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial media platformasında yazıb.

“11% populyarlıq reytinqinə sahib və dünyanın ən çox nifrət edilən dövlət başçısı olduğunuz zaman daha heç bir təşəbbüs göstərməməlisiniz! Bunu etməyə haqqınız yoxdur!”, – deyə o qeyd edib.

Filippot Fransa prezidentini ictimai həyata fəal şəkildə müdaxilə etməyə davam etməkdə günahlandırıb.