
Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfər
edəcək.
Trend xəbər verir
ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın
11-də Vaşinqtonda Amerika–İran danışıqlarını müzakirə
edəcəklər.
Qeyd edək ki, İran və ABŞ cümə günü Omanın paytaxtı Maskatda
Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı
danışıqları bərpa edib.


