
Rusiyaya məxsus idmana tətbiq olunan sanksiyaların yaxın zamanda sona çatacağı ehtimal edilir.
Metbuat.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, Olimpiya Oyunları ərəfəsində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri idmanın siyasi neytrallığını qorumasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, idman siyasətdən kənar qalmalı və bu, idmançıların azad şəkildə yarışlarda iştirakını təmin etməlidir.
Məqalədə qeyd olunur ki, bu mövqe Rusiya idmançılarına tətbiq olunan məhdudiyyətlərin yumşaldılması və ya aradan qaldırılması ilə bağlı müzakirələrin intensivləşdiyinə işarə edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


