“Yuventus” Kenan Yıldızın müqaviləsini 2030-cu ilə qədər uzatdı

Baş səhifə

Bakı. Trend:

“Yuventus” türk hücumçu Kenan Yıldızın müqaviləsini 2030-cu ilə
qədər uzadıb.

Trend xəbər verir
ki, Turin klubu bu məlumatı rəsmi saytında açıqlayıb.

Əvvəlki mətbuat məlumatlarına görə, hücumçunun maaşı İtaliya
klubunda ən yüksək maaşlardan biri olacaq.




Kenan Yıldız 2022-ci ilin yayında “Bavariya”dan azad agent kimi
“Yuventus”un gənclər komandasına qoşulub. Bu mövsüm 20 yaşlı cinah
oyunçusu bütün yarışlarda 31 oyunda doqquz qol vurub və səkkiz
məhsuldar ötürmə edib.

Hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində 45 xalla
dördüncü yerdədir, liqaya isə 55 xalla “İnter” liderlik edir.