U20 Azərbaycan çempionatı başa çatdı (FOTO)

Baş səhifə

Bakı. Trend:

“MyGroup” Holdingin baş sponsorluğu və “AzerGold” şirkətinin
fəxri sponsorluğu ilə yunan-Roma və sərbəst güləş üzrə U20
Azərbaycan çempionatına yekun vurulub.

Trend xəbər verir
ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın sonuncu – beşinci
günündə sərbəst güləşdə 61, 70, 79, 92 və 125 kq-da medalçılar
müəyyənləşib. Bununla da sərbəst güləş üzrə yarışa yekun
vurulub.

Qeyd edək ki, çempionatın ən yaxşı hakimi Vüqar Şükürov
seçilərək xüsusi mükafatla təltif edilib.

61 kq
Camal Abbasov (“Neftçi”, Gəncə)
Məhəmmədəli Əlizadə (İmişli)
Cəbrayıl Verdiyev (Gəncə, AHİTA), Nicat Həsənov (AİJA)




70 kq
Hacı Kərimov (Neftçi)
Sadiq Hüseynov (Neftçi)
İsa Yusibov (Neftçi), Kamal Məmmədov (Neftçi)

79 kq
Elcan İsmayılzadə (Neftçi)
Əli Hacıyev (AİJA)
Ülfət Məmmədov (Mywrestling), Şeyxəli Babazadə (DİN)

92 kq
Hüseyn Məmmədtağızadə (Neftçi)
İsmayıl Əsədli (Gəncə, Təhsil-1)
Əlim Əlimov (DİN), Nicat Qurbanov (Lokomotiv)

125 kq
Yusif Dursunov (Neftçi)
Muxamad Qantemirov (AGF)
İsmayıl Kərimov (Neftçi)