Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən istirahət
mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbər verir
ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb
edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində istirahət
mərkəzində, ümumi sahəsi 500 kv.m olan və hazırda təmir işləri
aparılan saunada baş vermiş yanğın genişlənmədən qısa müddətdə
söndürülüb.
Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100 kv.m
sahədə zərər görüb. Saunanın böyük hissəsi və ətrafdakı tikililər
yanğından mühafizə olunub.

