Müəllimi güllələyən şagird həbs edildi

Baş səhifə

Bakı. Trend:

Bakıda liseydə müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə
həbs edilib.

Trend-in
məlumatına görə, Binəqədi Rayon Məhkəməsindən onun barəsində həbs
qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının
təqdimatına baxılıb.

Ə. Ş. barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri
seçilib.




Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi
rayonunda yerləşən özəl “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş
riyaziyyat müəllimi Şəhla Kamilovaya odlu silahla xəsarət
yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi
başlanılıb.