Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Nəsimi rayonunda naməlum şəxs “Mercedes” markalı
avtomobilin şüşəsini sındıraraq avtomobilin salonunda olan 800
manatı talayıb.

Trend-in
məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə
əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı
A. Əhmədov müəyyən olunaraq saxlanılıb.




Araşdırmalarla onun elə həmin gün rayon ərazisində “Hyundai”
markalı digər avtomobildən də eyni üsulla oğurluq edərək ərazidən
uzaqlaşdığı məlum olub.

Araşdırmalar davam etdirilir.