Yük maşını yol kənarında dayanan avtomobilə çırpıldı – VİDEO

Baş səhifə

Bakı–Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Modern.az-a DİN-dən məlumat verilib.

Belə ki, sürücünün diqqətsizliyi səbəbindən “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.