Tərtərdə at ətini mal əti adı ilə satmaq istəyənlər saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Tərtərdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin
mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz
ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin
Quliyev və Həsən Cəfərli saxlanılıblar.

Trend xəbər
verir ki, T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146
kiloqram olan qidaya yararsız at əti aşkarlanıb.




Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı
şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.