ABŞ fevralın 19-da Sülh Şurasının iclasını keçirməyi planlaşdırır – KİV

Baş səhifə

Bakı. Trend:

Ağ Ev fevralın 19-da ABŞ-də Qəzza zolağında nizamlanma üzrə Sülh
Şurasının iclasını keçirməyi planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə “Axios” portalı xəbər verib.




Onun mənbələrinə görə, “Ağ Ev 19 fevralda liderlər səviyyəsində
Qəzza Sülh Şurasının iclasını planlaşdırır”.

“Bu, Sülh Şurasının ilk iclası və Qəzza zolağının yenidən
qurulması üçün ianə toplama konfransı olacaq”, – deyə
bildirilib.