“Yaşıl tikinti” ilə bağlı təhlil aparılacaq, qanunvericilik təkmilləşdiriləcək

Baş səhifə

“Yaşıl tikinti” və “yaşıl bina” ilə bağlı təhlil aparılacaq, qanunvericilik təkmilləşdiriləcək.
APA-nın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ədliyyə Nazirliyi, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Səhiyyə Nazirliyi və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ilə razılaşdırmaqla,
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 30 yanvar tarixli 912 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan
edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmaları
nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyini təhlil edib, beynəlxalq təcrübəni
araşdırıb normativ hüquqi aktların təkmilləşdirilməsi barədə təkliflərini dörd ay müddətində
Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.