
İsrailin Ramat Qan bölgəsində sərnişin avtobusu binaya çırpılıb.
APA İsrail mətbuatına istinadən xəbər verir ki, nəticədə biri ağır olmaqla 10 nəfər xəsarət alıb.
Məlumata görə, avtobus sürücüsü əyləc əvəzinə qazı basıb və nəticədə qəza baş verib.
Faktla bağlı araşdırma davam edir.


