
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada humanoid robotun qar təmizləyicisi
kimi istifadə olunma imkanları sınaqdan keçirilib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, təcrübəni “NN” “telegram” kanalının
müəllifləri reallaşdırıblar.
Belə ki, “Unitree G1” robotu süpürgə və kürəklə təchiz edilib.
O, sadə hərəkətləri yerinə yetirə bilib.
Lakin şaxtalı hava və buzlaşma robotun tarazlığında problemlər
yaradıb, –20°C temperaturda isə batareya cəmi 20 dəqiqə
işləyib.
Layihə üçün icarəyə götürülmüş robotdan istifadə edilib, bir çox
şirkətlər isə təcrübədə iştirakdan imtina ediblər.


