“Real” 5 oyunda 5 qol vuran futbolçusunu geri qaytaracaq

Baş səhifə

Bakı. Trend:

“Real” Endrikin növbəti mövsümdə La Liqada başlamasını
istəyir.

Trend ESPN-ə
istinadən xəbər verir ki, Madrid klubu “Lion”un heyətində keçirdiyi
5 oyunda 5 qol vuran hücumçunun icarə müddətinin uzadılması
variantını nəzərdən keçirməyəcək. Qərara alınıb ki, mövsümün
sonunda futbolçu Fransanı tərk edəcək.




Qeyd edək ki, “Lion” rəsmi sorğu göndərməyib, lakin istənilən
halda cavab mənfi olardı.