
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner İran rəsmiləri ilə fevralın 6-da keçirilməsi planlaşdırılan danışıqlar üçün Omana səfər edəcəklər.
“Report”un məlumatına görə, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bunu jurnalistlər üçün ənənəvi brifinqdə ABŞ-nin İranla təmasları ilə bağlı xəbərləri şərh edərkən açıqlayıb.
“Xüsusi elçi Uitkoff və Cared Kuşner bu danışıqlar üçün sabah (6 fevral – red.) Omana səfər edəcəklər. Görək nə olacaq. Prezident hesabat gözləyəcək”, – o deyib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


