Tusk Seymin spikeri ilə əlaqələri kəsən ABŞ səfirini tənqid edib

Baş səhifə
Tusk Seymin spikeri ilə əlaqələri kəsən ABŞ səfirini tənqid edib

Polşanın Baş naziri Donald Tusk ABŞ-nin Varşavadakı səfiri Tom Rouzu tənqid edib.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Səfir Rouz, müttəfiqlər bir-birlərinə öyüd verməməli, hörmət etməlidirlər. Biz tərəfdaşlığı belə başa düşürük”, – Tusk yazıb.

Tusk bu bəyanatı Prezident Donald Trampa qarşı edilmiş təhqirlərə görə, ABŞ-nin Polşa Seyminin (parlamentin aşağı palatasının) spikeri Vlodzimej Çajastı ilə əlaqələri kəsmək qərarı qəbul etməsindən sonra verib.

Bugünlərdə Çajastı İsrail Knessetinin və ABŞ Nümayəndələr Palatasının spikerinin Trampın Nobel Sülh Mükafatına layiq görülməsi təşəbbüsünü dəstəkləməkdən imtina edib. Polşa parlamentinin aşağı palatasının rəhbəri qərarını elan edərkən bildirib ki, ABŞ lideri bu mükafata layiq deyil.