
Bakı. Trend:
“Fənərbağça” Türkiyə Kubokunda növbəti oyununu keçirib.
Trend xəbər verir ki, C
qrupunda yer alan İstanbul klubu III turda “Ərzurumspor”u qəbul
edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa
çatıb. “Fənərbağça”nın qollarını Marko Asensio və Anderson Talişka
(2) vurublar. Qonaq komandadan isə Mustafa Fəttahoğlu
fərqlənib.
Bu qələbə ilə xallarını 6-ya çatdıran “Fənərbağça” 3-cü pilləyə
yüksəlib.


