
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Macarıstandakı seçkilərdə Baş nazir
Viktor Orbanın namizədliyini yenidən dəstəklədiyini açıqlayıb.
Trend xəbər verir ki, bu
barədə Tramp “Truth” sosial mediasında yazıb.
“O, mənim Amerika Birləşmiş Ştatları üçün etdiyim kimi, böyük
ölkəsi və xalqı uğrunda yorulmadan mübarizə aparır və onları sevir.
Macarıstan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər
mənim administrasiyam dövründə zirvəyə çatıb və möhtəşəm
nailiyyətlər əldə edib. Bu da Baş nazir Orbanın sayəsindədir. Uğur
və əməkdaşlığa aparan bu möhtəşəm yolu daha da irəlilətmək üçün
onunla sıx əməkdaşlıq etməyə davam etməyi səbirsizliklə
gözləyirəm”, – deyə Tramp əlavə edib.


