
Afrikanın savanna bölgəsində yaşayan yarımköçəri masai xalqının tarixi ənənəsi marağa səbəb olub.
Metbuat.az xəbər verir ki, masailər inək qanı içirlər. Bildirilir ki, masailər üçün inək qanı qəbul etmək təkcə qidalanma forması deyil, həm də sosial birliyin simvoludur. Xüsusilə doğum, sünnət və evlilik kimi əhəmiyyətli vaxtlarda qan içmək qəbilənin tarixi ənənələrindən biridir. Həmçinin, qəbilə üzvləri inək qanından baş ağrısı ilə mübarizə aparmaq və ya yorğunluğu aradan qaldırmaq üçün də istifadə edirlər. Qəbilə inək qanı əldə etmə üçün heyvanları tələf etmir. Masailər inəkləri dəyərli varlıq hesab etdikləri üçün inəyi öldürmək əvəzinə onun yuxu arteriyasında kiçik kəsik edilir.
Lazımi miqdarda qan qəbul edildikdən sonra, heyvanın tez sağalması üçün yara palçıq və ya oxşar təbii qarışıqlarla örtülür. Masai pəhrizi əsasən çiy süd, ət və qana əsaslanır. Mütəxəssislər bildirirlər ki, bu içki zülal və dəmirlə çox zəngindir və bölgədəki məhdud resurslar nəzərə alınmaqla qəbilə üzvləri üçün həyati əhəmiyyətli əlavədir.


