Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan həqiqətən yaxşı liderlərdir – Tramp

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri
Nikol Paşinyan həqiqətən yaxşı liderlərdir.

Trend-in
məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Amerika lideri bir sıra beynəlxalq münaqişələrin nizamlanmasında
öz rolunu yenidən xatırladıb.

“Mən Kamboca ilə Tailand, Kosovo ilə Serbiya, Pakistan ilə
Hindistan, İsrail ilə İran, Ermənistan ilə Azərbaycan arasında baş
verən şiddətli müharibələrə son qoydum”, – deyə ABŞ Prezidenti
bildirib.

Ötən ilin 8 avqustunda keçirilmiş Vaşinqton sammitinin
nəticələrindən danışan Tramp vurğulayıb ki, Azərbaycan və
Ermənistan liderləri “hər şeyi tez bir zamanda yoluna qoymağa nail
oldular”.

Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ
Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekunlarına
əsasən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş
naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin
edilməsi və Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar
Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasına dair birgə
bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu” adını alıb.