ABŞ və Rusiya hərbi dialoqu bərpa edir

Baş səhifə

Bakı. Trend:

Əbu-Dabidə ABŞ və Rusiya nümayəndələrin görüşündən sonra
ölkələrin hərbi qurumlar arasında yüksək səviyyəli dialoqun bərpa
olunması barədə razılıq əldə olunub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa
Komandanlığının bəyanatında deyilir.




Bəyanata görə, razılaşma Əbu-Dabidə ABŞ-nin Avropa
Komandanlığının rəhbəri (eyni zamanda NATO qüvvələrinin Avropadakı
ali baş komandanı) Aleksus Qrinkeviç ilə Rusiya və Ukraynanın
yüksək vəzifəli hərbi rəsmiləri arasında keçirilən görüşlərdən
sonra əldə olunub.

“Tərəflər dayanıqlı sülhün əldə edilməsi üzərində işləməyə davam
etdikləri bir vaxtda bu rabitə kanalı hərbi qurumlar arasında daimi
əlaqəni təmin edəcək”, – bəyanatda deyilir.