Budanov: Ukrayna, ABŞ və Rusiyanın Əbu-Dabidəki danışıqları konstruktiv keçib

Baş səhifə
Budanov: Ukrayna, ABŞ və Rusiyanın Əbu-Dabidəki danışıqları konstruktiv keçib

Ukrayna, ABŞ və Rusiyanın Əbu-Dabidə baş tutan danışıqlarının ikinci raundu konstruktiv keçib.

“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov danışıqların yekunlarına əsasən bildirib.

“Danışıqlar həqiqətən də konstruktiv keçib. Keyfiyyətli təşkilatçılığa və vasitəçiliyə görə ABŞ və BƏƏ-yə minnətdaram”, – o deyib.

O, hələlik danışıqlarla bağlı əldə olunan digər təfərrüatları açıqlamayıb.

Bu gün daha əvvəl Rusiya və Ukrayna Əbu-Dabidəki razılaşmalar çərçivəsində 157-nin 157-yə formulu ilə hərbi əsir mübadiləsi həyata keçiriblər.