
Bakı. Trend:
Yaxın iki ildə neftin bir barrelinin orta qiyməti 60 dollar
təşkil edəcək.
Trend xəbər verri
ki, bunu enerji sektorunda müstəqil tədqiqat və analitika ilə
məşğul olan “Rystad Energy” şirkətinin Yaxın Şərq və Şimali Afrika
regionu üzrə bölməsinin tədqiqatlar üzrə direktoru Aditya Sarasvat
bildirib.
“Bu il neftin qiyməti bir barel üçün 60 dollar səviyyəsindədir
və növbəti il üçün də proqnoz eynidir – 60 dollar. Bu, mövcud tələb
və təklif balansına əsaslanan fundamental göstəricilərdir. Əlbəttə,
geosiyasi sarsıntılar və ya OPEC-in siyasətindəki dəyişikliklər
bazara təsir göstərə bilər, lakin ümumilikdə fundamental amillərin
cari tələb və təkliflə birləşməsi məhz bu rəqəmi formalaşdırır”, –
deyə o bildirib.
A. Sarasvatın sözlərinə görə, spot qiymətlərdə cüzi
dalğalanmalar müşahidə olunur və geosiyasi hadisələr qiymət
əlavələrini uzun müddət yüksək səviyyədə saxlaya bilmir.
“Məsələn, İranda vəziyyətin gərginləşməsi zamanı qiymətlər
müvəqqəti olaraq yüksəlir, lakin sonradan yenidən aşağı düşür. Yəni
hadisələr tədarük zəncirlərinə və ya tələbə birbaşa təsir etmədiyi
halda, qiymətlər nisbətən sabit qalır”, – deyə o qeyd edib.


