
Bakı. Trend:
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin
yanvar ayına nisbətən 1 faiz artıb və 80,2 milyon manata yaxın
olub.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 faiz artaraq 62,4
milyon manatdan artıq təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayı ərzində İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə
2 milyard 50,3 milyon manatdan artıq vergi daxil olub ki, bu da
proqnozdan 50,3 milyon manat çoxdur.


