
Lənkəran rayonunda dördotaqlı fərdi yaşayış evi yanıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində qeydə alınıb.
Kənd sakini Emil Zeynal oğlu Əkbərova məxsus ümumi sahəsi 120 kvadratmetr olan dördotaqlı fərdi yaşayış evi yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


