Xaçmazda qatarla avtomobil toqquşub, ölən var

Baş səhifə

Xaçmaz rayonunun Nərəcan kəndində dəmiryolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, qatar dəmiryolu keçidini keçən “VAZ” markalı minik avtomobili vurub. Nəticədə avtomobilin sürücüsü, 22 yaşlı Xaçmaz rayonunun Ağtala kənd sakini Səid Çələbiyev hadisə yerində ölüb.

Faktla bağlı raşdırma aparılır.