Bakı. Trend:
“Mingəçevir” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Trend xəbər
verir ki, I Liqa təmsilçisi “Zirə”dən Fuad Bayramovu icarəyə
götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı sol cinah müdafiəçisi mövsümün sonuna qədər “Mingəçevir”in formasını geyinəcək.
Qeyd edək ki, Fuad Bayramov 2024-cü ilin yayından “Zirə”də çıxış
edir. Təcrübəli futbolçu mövsümün ilk yarısında “qartallar”ın
heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

