
Bakı. Trend:
Plastik cərrahlar barədə yanvar ayı ərzində 2 şikayət daxil
olub. Nəticədə 2 klinikada yoxlama aparılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi
Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilir ki, ən çox rast gəlinən nöqsanlar lisenziya şərtləri
üzrə (2 hal), həkimlərdə sertifikasiya şəhadətnaməsi olmadan özəl
tibb fəaliyyəti ilə məşğul olma faktı (1 hal) müəyyən edilib.
“Bütün qanun pozuntuları ilə əlaqədar İXM-in müvafiq maddələri
üzrə protokol tərtib edilərək, aidiyyəti üzrə icraata göndərilib”,
– qurumdan qeyd edilib.


