İlon Mask tarixin ən varlı adamı oldu – Rekord

Baş səhifə

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask tarixdə sərvəti 800 milyard dollar
həddini keçən ilk şəxs oldu oldu.

Trend xəbər verir
ki, bu barədə Forbes jurnalı məlumat yayıb.

Məlumata görə, Maskın sərvətinin artması onun şirkətləri
“SpaceX” və “xAI”ın birləşməsi ilə bağlıdır. Birləşmə nəticəsində
biznesin ümumi dəyəri 1,25 trilyon dollar qiymətləndirilib və
sahibkarın sərvəti 84 milyard dollar artaraq rekord səviyyədə – 852
milyard dollar olub.




Birləşmədən əvvəl Mask “SpaceX”in təxminən 42%-inə sahib idi.
Birləşmədən sonra o, yeni şirkətin aktivlərinin təxminən 43%-inə
nəzarət edir və şirkətin dəyəri 542 milyard dollar
qiymətləndirilir.

Bundan əlavə, sahibkar “Tesla”nın təxminən 12%-lik səhm paketinə
malikdir ki, bu da 178 milyard dollar dəyərindədir