
Bakı. Trend:
Kanada nüvə silahlarının hazırlanması ilə məşğul olmağı
planlaşdırmır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Devid
Makginti bəyan edib.
“Kanada qətiyyən öz nüvə silahlarını hazırlamaq niyyəti yoxdur
”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, ölkə hələ də nüvə silahlarının yayılmaması
prinsiplərinə sadiq qalır.
Qeyd edək ki, keçmiş Kanada Silahlı Qüvvələrinin baş qərargah
rəisi general Ueyn Eyer (2021-2024) Ottavada keçirilən
təhlükəsizlik konfransında çıxışı rezonans doğurmuşdu. O, Kanadada
təhlükəsizlik məqsədilə nüvə silahı yaratmaq ideyasının tamamilə
rədd edilməli olmadığını söyləmişdi. O vurğulayıb ki, kanadalılar
belə bir silah yaratmaq üçün bütün imkanlara malikdirlər: ölkədə
atom stansiyaları mövcuddur, digər zəruri mülki infrastruktur və
alimlər var.


