Azərbaycanın yunan-Roma güləşçisi əməliyyat olunub

Baş səhifə
Azərbaycanın yunan-Roma güləşçisi əməliyyat olunub

Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.

Bu barədə “Report”a Güləş Federasiyasından bildirilib.

Çiyin nahiyəsindən uğurlu əməliyyat keçirən güləşçimiz 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

Qənizadə 4-6 ay sonra yarışlarda iştirak edə bilər.