Güclü külək Bakıda fəsadlar törədir

Baş səhifə

Bakı. Trend:

Dünən axşamdan davam edən güclü küləklə əlaqədar Bakı Şəhər
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş
rejimində çalışırlar.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Trend-ə verilən məlumata
görə, fevralın 3-də gecədən səhərə kimi güclü külək nəticəsində 19
ağac sınıb, 15 ağacın budaqları qırılıb.




Bildirilib ki, sınan ağaclar və qırılan budaqlar birliyin
növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi
təmizlənir.