
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla ABŞ arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik rolunu öz üzərinə götürməyə hazır olduqlarını açıqlayıb.
Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanında verdiyi müsahibədə Ərdoğan regional inkişaflar və ortaq maraqlar barədə mühüm açıqlamalarla çıxış edib.
“İran-ABŞ gərginliyini azaltmaq və sülh mühitini gücləndirmək üçün öz töhfəmizi verməyə hazırıq. Dialoq və sağlam düşüncə yolu ilə həll yoluna çatmaq bizim əsas prioritetimizdir”, – deyə R.T.Ərdoğan bildirib.
Türkiyə prezidenti regional sülh və sabitliyi təmin etmək üçün tərəflərdən heç birinin birtərəfli addım atmamasının və dialoq kanallarını açıq saxlamasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl İranın ABŞ ilə danışıqları Türkiyədən Omana keçirmək niyyətində olduğu barədə məlumat verilmişdi. (TRT Haber)


