
Bakı. Trend:
“Mançester Siti”nin futbolçusu Divine Mukasa karyerasını
Çempionşipdə davam etdirəcək.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
“Lester Siti” ingiltərəli hücumameyilli yarımmüdafiəçini icarəyə
götürüb. İngiltərə U-19 milli komandasının üzvü mövsümün sonunadək “tülkülər”in uğurları üçün tər tökəcək.
Qeyd edək ki, “Mançester Siti” Divine Mukasanı 2022-ci ilin
yayında “Vest Hem”in akademiyasından transfer edib.


