Bu ölkədə uşaqların sosial şəbəkələrə girişi qadağan olunacaq

Baş səhifə

Bakı. Trend:

İspaniya yaşı 16-dan aşağı olan uşaqların sosial şəbəkələrə
çıxışını qadağan etməyi planlaşdırır və platformalar yaşın
təsdiqlənməsi sistemlərini tətbiq etməyə məcbur ediləcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro
Sançez bəyan edib.

Sançesin rəhbərlik etdiyi solçu koalisiya hökuməti sosial
şəbəkələrdə nifrət nitqinin, pornoqrafik məzmunun və
dezinformasiyanın geniş yayılmasından dəfələrlə narahatlığını ifadə
edərək, bunun gənclərə mənfi təsir göstərdiyini bildirib.




“Uşaqlarımız təkbaşına idarə etmələri üçün nəzərdə tutulmayan
bir məkanın təsirlərinə məruz qalırlar… Biz artıq bunu qəbul
etməyəcəyik”, – deyə Sançes Dubayda keçirilən Dünya Hökumətlər
Sammitində çıxışı zamanı bildirib və digər Avropa ölkələrini də
oxşar tədbirlər görməyə çağırıb.

“Biz onları rəqəmsal Vəhşi Qərbdən qoruyacağıq”, – o əlavə
edib.

Xatırladaq ki, Avstraliya dekabr ayında 16 yaşdan kiçik uşaqlar
üçün sosial şəbəkələri qadağan edən ilk ölkə olub.