
Bakı. Trend:
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff
İsrailə səfər edib.
Trend bu barədə
İsrail KİV-ə istinadən xəbər verir.
Məlumata görə, onun bu gün İsrail baş naziri Binyamin Netanyahu
ilə görüşəcəyi planlaşdırılır. Həmin görüşdə İsrailin baş ordu
qərargah rəisi Eyyal Zamir və Xarici Kəşfiyyat Xidmətinin
(“Mossad”) direktoru David Barneanın da iştirakı gözlənilir.
Danışıqlarda əsas müzakirə predmeti İrandakı vəziyyət
olacaq.


