
Bakı. Trend:
Amerikalı molekulyar bioloqlar ilk dəfə olaraq HİV-ə (Qazanılmış
İnsan İmmun Çatışmazlığı Sindromu) qarşı ilkin prototip vaksin
hazırlayıblar.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Bu vaksin pasiyentin orqanizminə ilk dəfə yeridildikdən sonra
immun çatışmazlığı virusunu neytrallaşdırmaq qabiliyyətinə
malikdir. Peyvəndin effektivliyi primatlar üzərində aparılan
təcrübələrdə uğurla sınaqdan keçirilib.
“Biz heyvanların ilk immunizasiyasından dərhal sonra kiçik,
lakin nəzərəçarpacaq neytrallaşdırıcı cavab əldə etməyə nail olduq
ki, bu da indiyədək heç vaxt müşahidə olunmayıb.
Adətən HİV-ə qarşı digər vaksinlər immun sisteminin fəaliyyətinə
yeddi, hətta on inyeksiyadan sonra əhəmiyyətli təsir göstərməyə
başlayır. Bizim yaratdığımız “WIN332” immunogeni isə buna artıq ilk
mərhələdə nail olmağa imkan verir”, – deyə Vistar İnstitutunun
dosenti Ameliya Eskolano bildirib.


