
İlham Əliyev İrana: Azərbaycan “töhfə verməyə hazırdır”
Prezidentlər Əliyev və Pezeşkian bölgədə artan gərginliyü müzakirə ediblər. Bu barədə Azərbaycan və İran mediası məlumat yayıb.
Telefon söhbətində İlham Əliyev Azərbaycanın gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu bildirib.
Son günlər İran ətrafında vəziyyət daha da kəskinləşib.
ABŞ bölgəyə hərbi qüvvə göndərib.
Amma Prezident Donald Tramp bildirib ki, yaxın vaxtlarda hücum gözlənilmir, tərəflər hələ də danışır.
İranın ali dini lideri Ayətullah Əli Xamenei Washington-un ölkəsinin təbii sərvətlərini ələ keçirmək istədiyini deyib.
O bildirib ki, Birləşmiş Ştatların irana hücum edəcəyi təqdirdə bu, regional müharibə ilə nəticələnəcək.
Trump isə deyib ki, regional dünyadaki ən böyük və ən güclü gəmiləri göndərib. Əgər İranla danışıqlar baş tutmazsa, Xameneinin haqlı olub-olmadığını hamının görəcək, – Trump əlavə edib.
Azərbaycanın müttəfiqi olan Türkiyə də İrana mümkün hücumun əleyhinədir.
Ankara xəbərdarlıq edir ki, regionda genişmiqyaslı hərbi əməliyyat bütövlükdə Yaxın Şərqdə sabitliyi poza bilər.
Azərbaycanın İranla quru sərhədləri bağlıdır, amma bölgədə yaranacaq hər hansı genişmiqyaslı münaqişə Bakıya da təsirsiz ötüşməyə bilər, – xüsusilə sərhəd təhlükəsizliyi və regional ticarət yolları baxımından.


