
Məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nasser” klubundakı vəziyyətdən narazıdır və etiraz əlaməti olaraq qarşıdakı futbol matçlarında iştirak etməmək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Ronaldo xüsusilə Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) “Əl Nasser” klubunu necə idarə etməsindən narazıdır.
O, həmçinin fondun kluba kifayət qədər maliyyə investisiyası etməməsindən şikayətlənib. Portuqaliyalı futbolçu həmçinin hesab edir ki, klub rəhbərliyi transfer bazarında kifayət qədər aktiv olan “Əl-Hilal” rəhbərliyindən fərqli olaraq passivliyi ilə kluba zərər verir.
Xatırladaq ki, Ronaldo ilə Səudiyyə klubu arasındakı müqavilə 2027-ci ildə başa çatır.


